Hacı Məmmədovun meyiti ailəsinə təhvil verildi
Ölçü:


Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib.

Koordinat.az xəbər verir ki, Hacı Məmmədovun meyiti müayinə olunduğu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən yaxınları tərəfindən götürülüb.

Qeyd edək ki, DİN-in həbsdə olan sabiq baş əməliyyat müvəkkili H. Məmmədov intihar edib. Hadisə dekabrın 3-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib. Orada müalicə olunan Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Penitensiar xidmətdən bildirilib ki, İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

05.12.2017 11:59:04
Oxuma sayı: 791