9885 azərbaycanlı Rusiya vətəndaşlığı alıb - 1 ildə
Koordinat.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Federal Xidmətinin yaydığı məlumatdsa bildirilir. Məlumata görə, keçən il 9885 nəfər azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu, ümumilikdə, Rusiya vətəndaşlığı alan əcnəbilərin 3,7 faizini təşkil edib.
Ümumilikdə isə 2016-cı ildə 265 min 319 nəfər əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. Ən çox Rusiya vətəndaşlığı alan ukraynalılar olub. 100 min 696 ukraynalı vətəndaşlığını Rusiya vətəndaşlığa dəyişib. Sonrakı yerləri 97 min 837 nəfərlə Qazaxıstan, 23 min 216 nəfərlə Özbəkistan, 23 min 12 nəfərlə Tacikistan, 22 min 264 nəfərlə Ermənistan, 17 min 397 nəfərlə Moldova, 9315 nəfərlə Qırğızıstan, 3582 nəfərlə Belarus tutub.
04.12.2017 21:04:31
Oxuma sayı: 848