Lavrov: “NATO mövcudluğunun mənası itirib”
Ölçü:



“Sovet İttifaqının dağılması ilə NATO mövcudluğunun mənasını itirib”.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov  “СТВ” telekanalına müsahibəsində bildirib.

“Ümumilikdə götürdükdə NATO artıq süni şəkildə mövcuddur. Sovet İttifaqı və Varşava müqaviləsi olmadıqdan sonra Alyans öz mövcudluğunun mənasını itirib. İlk növbədə, bizim okeanın o tayındakı həmkarlarımız Avropaya təsir rıçaqlarını itirməmək üçün Şimali Atlantika hərbi-siyasi alyansına dəstək verirlər”, – deyə nazir bildirib.
03.12.2017 15:16:00
Oxuma sayı: 1093