SOCAR-da 153 Qarabağ müharibəsi qazisi çalışır
Ölçü:


Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) çalışan əlillərin sayı açıqlanıb.

SOCAR-dan APA-ya verilən məlumata görə, hazırda SOCAR-ın müxtəlif strukturlarında 779 nəfər əlil çalışır, onlardan 153-ü Qarabağ müharibəsi qaziləridir: “Əlilliyi olan insanların cəmiyyətdən təcrid olunmaması, onların bilik və bacarıqlarının işdə tətbiq edilməsi üçün SOCAR əlillərin şirkətimizdə çalışa bilməsi üçün imkan yaradıb”.

Qeyd edək ki, 1992-ci ildən etibarən BMT-nin qərarı ilə dekabrın 3-ü “Beynəlxalq əlillər günü” kimi qeyd olunur.
03.12.2017 13:09:00
Oxuma sayı: 1228