Gənclərin Qobustana səyahəti davam edir
Ölçü:


Gənclərin “Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tanıyıb tanıtmağa borcluyuq” - aztəminatlı gənclərə milli-mədəni ekskursiya turlarının təşkili layihəsi çərçivəsində Qobustan Milli Tarixi Bədii Qoruğuna 09 İyun 2018-ci ildə ekskursiya təşkil edib.

Koordinat.az xəbər verir ki, layihə çərçivəsində gənclərin milli-vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə Bakı və Qobustan şəhərlərində hər birində 15 nəfər olmaqla ümumi 90 nəfər gəncin milli-mədəni ekskursiya turları təşkil ediləcək. Bakıdakı muzey və tarixi-mədəniyyət abidələri, Qobustanda Muzey Komp-leksi ilə gənclərimiz tanış olacaqlar. Tədbirdə iştirak edən gənclərə müxtəlif hədiyyələr təqdim olunub.

Layihə rəhbəri Xoşbəxt Seidova çıxış edərək təşkilatı dəstəyə görə Prezident Administrasiyasına, Təhsil və Mədəniyyət Nazirliklərinə, Nəsimi, Nərimanov və Binəqədi rayon İcra Hakimiyyətilərinə, Rabitə ve Informasiya exnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazova, Qobustan Milli tarixi bədii qoruğunun Elmi Ekspozisiya şöbəsinin müdiri Namil Məmmədova və bələdci Günay Verdiyevaya öz dərin təşəkkürünü bildirdi.
10.06.2018 17:13:34
Oxuma sayı: 19573