Rəhm və ədalətindən uduzan millət...
Ölçü:


Bəşarət MƏMMƏDOV

Gərək qələbə qazananda da, məğlub olanda da bəxt səndən üz dondərməsin... İki dünya müharibəsinə və on milyonlarla insanın ölümünə səbəb olan almanlar bu gün də dünyada söz sahibidirlər, ölkələri də, sərhədləri də yerində...

Amma tarixən hamıya qucaq açan, ərazilərində azan-təzən soysuzlara belə yer verən  Azərbaycan param-parça...!

Bu dünyada yalnız haqsızlıq edən və rəhmsiz olan istəyinə çatır deyəsən. Qara Yusifin, Şah İsmayılın, Nadir Şahın, Qacarın qurduqları dövləti özünə arxayınlıq və ədalətli olmaq yıxdı.

Bəlkə... Bəlkə yox, mütləq əsrlər əvvəlin dəyərlərindən qurtarmalıyıq. Təkcə son 200 ildə itirdiklərimiz dərs almağa yetərlidir. Necə ki, artıq qılınc, qalxan silah kimi yalnız muzeyləri bəzəyir, milli dəyərlərimizin təlqin etdiyi davranışlar da əsasən daxilimizi bəzəməli, aşkar və gizli düşmənlərə qarşı amansız, "dünya dəyərləri"nə uyğun olmalíyıq.

Dostluq, qardaşlıq, din, təriqət və ya ideoloji havaların nəticələrinin necə olacağını gözləməyə daha 200 il sərf etsək, onda artıq özümüz də olmayacağıq!!!

P.S.  Ağsaqqalların, babalarımızın, ulu babalarımızın qazandığı Qələbə Gününüz mübarək olsun!

09.05.2018 17:38:00
Oxuma sayı: 16600