Bakının yollarında COP29 zolağı da yaradıldı
Ölçü:

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi davam edir. 

Koordinat.az xəbər verir ki, konfransla bağlı ölkəyə gələcək çoxsaylı qonaqları nəzərə alaraq paytaxt yollarında sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Qonaqların rahatlığının təminatı üçün atılan addımlardan biri də yollarda çəkilən COP29 zolaqlarıdır.

Xatırladaq ki, paytaxtda həm avtobus, həm də velosipedlərin hərəkəti üçün ayrıca zolaq mövcuddur. Digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi müəyyən məbləğdə cərimə ilə nəticələnir.

Bəs, COP29 zolağından kimlər istifadə edə bilər? Zolağa daxil olan avtomobilləri cərimə gözləyirmi?

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd edilən zolaqlarda hərəkətə nəzarətlə bağlı hər hansı göstəriş yoxdur və cərimə də tətbiq edilmir.

18.09.2024 10:32:00
Oxuma sayı: 692