Hadrut və Tuğda 13 milyonluq tikinti layihəsinin icrasına başlanır
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti daha bir iri məbləğli tenderə yekun vurub.
Koordinat.az xəbər verir ki, həmin tenderdə Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur. Tenderin nəticələrinə əsasən, ümumi dəyəri 12 milyon 933 min 442 manat olan tikinti-quraşdırma işlərinin icrası “İnşaatçı-Neftçi” MMC-yə həvalə olunub.

Hazırda Hadrut qəsəbəsində tarixinin ən geniş bərpa və yenidənqurma işləri sürətlə davam edir. Qəsəbədə təməli qoyulan yeni inzibati mərkəz qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Mərkəzə inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının binaları daxildir. Birinci mərhələdə 24 ədəd fərdi ev bərpa ediləcək. Ümumilikdə 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə 95 ev yenidən tikiləcək
Tuğ kəndində isə gələcəkdə turizm axınını təmin etmək məqsədilə yeni konsepsiya hazırlanıb. Layihədə üç istiqamət əsas götürülüb. Birincisi, Tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsidir. Birinci mərhələdə kəndin tarixi hissəsində ilkin turizm infrastrukturunun yaradılması yönündə işlərə başlanılacaq. İnzibati zonanın ümumilikdə, ərazisi 1,63 hektar təşkil edir. Buraya inzibati bina, klub icma mərkəzi, mədəniyyət mərkəzi, restoran binası və s. sosial obyektlər daxildir.

Bundan başqa, Tuğ kəndində sahəsi 1700 kvadratmetr olan yerüstü dayanacağın tikintisi nəzərdə tutulub. Birinci mərhələdə bərpa edilən fərdi yaşayış evlərinin sayı 24, yeni tikiləcək fərdi yaşayış evlərinin sayı 95, növbəti mərhələdə tikiləcək fərdi yaşayış evlərinin sayı 244 olacaq. Daha sonra ərazidə 360 şagird yerlik tam orta məktəb, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, ticarət obyektləri, məscid, kilsə və sosial obyektlərin tikintisi nəzərdə tutulub.
17.09.2024 11:14:37
Oxuma sayı: 675