Zəngilanın Cahangirbəyli kəndinə işıq çəkilir
"Azərişıq" ASC Zəngilan rayonunun daha bir kəndini elektrik ilə təmin edəcək şirkətin adını açıqlayıb.
Koordinat.az xəbər verir ki, Səhmdar Cəmiyyət əsaslı şəkildə yenidən qurulan Zəngilan rayonunun Cahangirbəyli kəndinin eleketrik enerjisi ilə təminatı ilə bağlı keçirdiyi tenderin nəticələrini elan edib. Bildirilir ki, bir ay əvvəl elan edilmiş tenderin qalibi “İMA-Energy” MMC olub.
Sifarişçi təşkilatla imzalanmış müqavilədə Zəngilan rayonu Cahangirbəyli yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur.
Xatırladaq ki, tenderin ümumi dəyəri isə 2 milyon 121 min 548 manat təşkil edir.
Xatırladaq ki, tenderin ümumi dəyəri isə 2 milyon 121 min 548 manat təşkil edir.
13.09.2024 11:31:00
Oxuma sayı: 828