Erməni hiyləsi və ya köhnə bayatılarla yeni siyasət
Elxan SALAHOV
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən “Yerevan dialoqu” adlı forumdakı çıxışı erməni həyasızlığının növbəti nümunəsi idi. Özünü böyük siyasətçi hesab edən binəvanın söylədiklərini üzdə bir söz danışıb arxada başqa davranışlar sərgiləyən yalançı və ikiüzlü adamların hərəkətləri ilə müqayisə etmək olar. Onun forumdakı çıxışı başdan-ayağa yalan və iftiradır, guya, barışıq naminə əl uzatdığı qonşisina qurulan tələdir! Bir daha əmin olursan ki, onlarla nəinki normal münasibət qurmaq mümkün deyil, hətta barışıq üçün danışmaq belə, faydasızdır.
Niyə?
Şərti olaraq “Sülh sazişi” adlandırılan 16 bənddən ibarət layihədə 3 əsas müddəa hələ razılaşdırılmayıb və belə görünür ki, həmin maddələrin razılaşdırılması uzun vaxt aparacaq. Həmin şərtlərdən biri ondan ibarəıtdir ki, "Ermənistan və Dağlıq Qarabağın birləşməsi” çağırışlarına son qoyulmalı, başda Müstəqillik Aktına istinad edən Ermənistan Konstitusiyası olmaqla, işğalçı ölkənin hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları ləğv olunmalıdır. Paşinyan isə bu şərtə məhəl qoymayaraq razılaşdırılmamış müddəalar çıxarılmaqla sazişin imzalanması barədə çağırış edir və bildirir ki, həmin 3 maddə növbəti mərhələyə saxlanılsın. Halbuki növbəti mərhələnin müddəti qeyri-müəyyəndir və onun yerinə yetirilib-yetirilməyəcəyinə heç bir zəmanət yoxdur.

İkincisi, sülh sazişi layihəsinin razılaşdırılmış müddəalarından biri odur ki, tərəflərdən heç biri sazişin müddəalarına əməl etməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz. Amma Ermənistan tərəfi öz hiyləgər mahiyyətinə uyğun olaraq burada da ikibaşlı oyun qurur. Paşinyan və başının dəstəsi öz xalqını və beynəlxalq ictimaiyyəti aldadaraq guya, Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olduğunu iddia edir. Bununla Azərbaycan və Ermənistan konstitusiyaları arasında paralellik və bərabərlik yaratmağa cəhd göstərir - yenə də hiyləgərlik!
Əsl həqiqət odur ki, Azərbaycanın nə Konstitusiyasında, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında, nə də həmin hüquqi və siyasi sənədlərdə 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Bu faktı, Azərbaycanın Xarici İşlər Nazirliyi dünən yaydığı bəyanatında bir daha qeyd edib. Ermənistan konstitusiyasında isə Azərbaycana qarşı ərazi iddialarının olması faktı ortadadır.

"Dəmir yumruq" zərbəsindən hələ də özünə gələ bilməyən Paşinyan hökumətinin daha bir hiyləsi: Ermənistanın təklif etdiyi sülh müqaviləsi layihəsində deyilir ki, tərəflərdən heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar daxili qanunvericiliyinə istinad edə bilməz. Rəsmi İrəvan bununla da öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddənaı çıxarmaqdan yayınmaq istəyir. Halbuki, heç bir beynəlxalq saziş hanısa ölkənin konstitusiyadan üstün deyil. Yəni, istənilən ölkə ilə imzalanmış ikitərəfli və ya çoxtərəfli sazişlər, müqavilələr, digər hüquqi-siyasi sənədlər həmin ölkələrin konstitusiyasına əsaslanır, onunla hüquqi qüvvəyə minir. Bu, dünya siyasətinin əlifbasını bilən hər kəsə bəllidir. Paşinyan da bunu bilməmiş deyil, sadəcə, görünür, yenə də fırıldaqçı siyasəti ilə öz çirkin niyyətini Azərbaycana qəbul etdirmək istəyir. Çifayda!
Ermənistan hökumətinin sülh sazişi ilə bağlı hiyləgər təkliflərinin faydasız olduğunu təsdiq edən nümunələr N qədərdir. Təkcə 44 günlük müharibədən sonra şahidi olduqlarımızın bir neçəsini sadalamağa dəyər:
- 2020-ci 9 noyabr tarixli Üçtərəfli Bəyanatda Ermənistan tərəfi kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib;
- Rəsmi İrəvan həmin bəyanatdakı öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərində hərbi fəaliyyətini 2023-cü ilin sentyabr ayınadək davam etdirib;

- Həmin bəyanatda Paşinyanın imzasının mürəkkəbi qurumamış Qarabağda qeyri-qanuni fəaliyyət göstərən erməni quldur dəstələrinin Azərbaycan ordusunun mövqelərinə qəfil hücumu da yaddan çıxmayıb. Həmin təxribat zamanı 100-ə yaxın erməni silahlısı Azərbaycan əsgəri tərəfindən saxlanılaraq zərərsizləşdirilmişdi;
- Üzərinə götürdüyü öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistanın həyata keçirməli olduğu tədbiri Azərbaycan ordusu yerinə yetirdi. Lokal xarakterli antiterror əməliyyatı ilə;

- Antiterror tədbirlərindən sonra Azərbaycanı könüllü şəkildə tərk edən ermənilər gah qaçqın, gah da məcburi köçkün kimi qələmə verildi, Qarabağda qanunsuz yaşayan, ötən ilin sentyabrında Ermənistana və digər ölkələrə köçənlərin guya, etnik təmizləmə məruz qaldığı söylənildi;
- Hərbi cinayət törətdiyinə görə tutularaq məsuliyyətə cəlb olunmuş miş separatçı xunta rejiminə rəhbərlik etmiş şəxslər hərbi əsir kimi qələm verilir. Halbuki həmin şəxslər hərbi əsir sayıla bilməz və Azərbaycan tərəfi onların azad edilməsi barədə heç bir öhdəlik götürməyib.
Sadalanan faktların hamısı Paşinyan dünən “Yerevan dialoqu” adlı forumda söylədiyi yalanların, hiylələrin, necə deyərlər, jurnalıdır. Hamının oxuduğu jurnal. İndi o jurnalda yazılan köhnə bayatılara heç kəs inanmır!
Paşinyanın, onun dəstəsinin və ümumiyyətlə ermənilərin söylədiklərinin hamısı hiylədir! Onlara heç bir halda inanmaq, etibar etmək olmaz. "Köhnə bayatılara" inanıb işğalçı Ermənistanla sülh sazişi və ya istənilən başqa bir sənədə imza atmaq özünü aldatmaq, dərin bir uçuruma yuvarlanmaqdır! bataqlığa atmaq kimi bir şeydir.

11.09.2024 17:32:00
Oxuma sayı: 951