Kəlbəcərdəki mətəb noyabrda fəaliyyə başlayacaq
Ölçü:


“Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da işğaldan azad olunmuş ərazilərdə fəaliyyə başlamış məktəblərin sayı 10-a yaxın olacaq.

Koordinat.az xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib: “2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.

Nazir qeyd edib ki, Kəlbəcərdə və Tərtərin Suqovuşon qəsəbəsindəki məktəbin nə vaxt fəaliyyətə başlayacağı hələ tam müəyyən edilməyib. Onun sözlərinə görə, Suqovuşon vəKəlbəcərdə  tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq.
10.09.2024 16:57:00
Oxuma sayı: 893