Gəncədə “VAZ” yük maşınına çırpıldı: yaralı var
Ölçü:



Gəncədə yol qəzası baş verib.

Koordinat.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

“VAZ 21 015” markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ”da olan 1981-ci il təvəllüdlü Kəmalə Xudiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
17.11.2017 20:28:00
Oxuma sayı: 1916