Moskva İrəvanda niyə məğlub olur...
Ölçü:


“Rusiyanın əlində böyük kartlar olmasına baxmayaraq, Ermənistanda dəstəyi niyə itirməsi düşündürücü sualdır”.

Koordinat.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitri Trenin deyib. Onun fikrincə, bu amil Rusiya xarici siyasəti üçün ciddi məsələdir: “İqtisadi mövcudluğu, tarixi əlaqələri, emosional bağları və digər amilləri nəzərə alanda, bu qədər güclü olan Rusiyanın Ermənistanın siyasi, informasiya və digər sektorlarında passiv qalması suallar doğurur. Rusiyanın Ermənistandakı siyasəti son 6 ildə çox dəyişib.

"Bunu dramatikləşdirməzdim, lakin fakt budur ki, dünya dəyişdiyi vaxtda biz köhnə fikirlərlə yaşayırıq. İmperiya və sovet dövrünü hazırki dövrlə, xüsusilə 2022-ci ildə dönüş nöqtəsindən sonrakı dövrlə müqayisə etsək, maraqların məzmununun xeyli dəyişdiyini görə bilərik"- deyə Trenin vurğulayıb..

Politoloqun fikrincə, Rusiyada əksəriyyət hesab edir ki, Ermənistanın öz müqəddəratını təyin etməsi suveren hüququ olsa da, reallıq başqa cürdür. Lakin onun fikrincə, Moskva rəngli inqilabların ixracı ilə məşğul deyil, əksinə, Putin belə inqilablarla mübarizə aparır: "Rusiya Ermənistandakı daxili siyasi vəziyyyəti diqqətlə izləyir, lakin buna müdaxilə etmir, yaxud mane olmur. Rəngli inqilablar edənlər başqa yerdə oturublar”.

12.06.2024 14:55:00
Oxuma sayı: 1601