Paşinyan sülh razılaşmasının olacağına inanır
Ölçü:


Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, eləcə də sərhədin delimitasiyasını tamamilə mümkün sayır.

Koordinat.az
xəbər verir ki, bu barədə Paşinyan özü jurnalistlərlə söhbətində deyib. O, qeyd edib ki, indiki şəraitdə praktik addımlarla real sülh yaratmaq, sonra isə yalnız saziş imzalamaq mümkündür: "Lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır.

Sülh danışıqları prosesi çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin sonuncu görüşünü şərh edən Paşinyan vurğulayıb ki, tərəflərin həll etməyə çalışdığı problem çox mürəkkəbdir və təkcə dərslik yanaşmaları ilə proses irəli gedə bilməz.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi ötən həftə sülh danışıqlarının gedişi ilə bağlı məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, İrəvan bir ay ərzində Bakı ilə sülh sazişini yekunlaşdırmağa və imzalamağa hazırdır.
12.06.2024 14:06:00
Oxuma sayı: 1550