Rusiya hərbçiləri Azərbaycanla sərhəddən çıxır
Ölçü:


Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması prosesi davam edir.

Koordinat.az
xəbər verir ki, bu barədə "Bagramyan" kanalı məlumat yayıb. Bildirilir ki, bu gündən etibarən Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Syünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıblar.

Xatırladaq ki, mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər. Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan dünəndən etibarən çıxmağa başlayıb.
14.05.2024 11:45:00
Oxuma sayı: 554