Rusiya mətbuatı: “Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb”
Ölçü:

“Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyası öz məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib”.

Koordinat.az xəbər verir ki, xəbər verir ki, bu barədə TASS “Krasnaya Zvezda” qəzetinə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə regionda vəziyyətin sabitləşməsinə nail olunub: “Hazırda Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiyanın sülhməramlı missiyasının dayandırılması üçün obyektiv şərait yaranıb. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirdi, davam edən əməliyyat öz məqsədlərinə çatdı və məntiqi nəticəyə gəldi”.

Nəşr yazır ki, Rusiya hərbçiləri erməni əhalisinin bölgədən Ermənistana təhlükəsiz çıxışını təmin ediblər: “Ümumilikdə 32 mini uşaq olmaqla, 100 minə yaxın mülki şəxs Rusiya helikopterləri ilə Xankəndidən Ermənistana aparılıb.
19.04.2024 10:39:00
Oxuma sayı: 1036