Rusiya sülhməramlıları Azərbaycanı tərk edir
Ölçü:


Qırx dörd günlük müharibədən sonra Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.

Koordinat.az
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Yayılmış video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.

Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır.

Xatırladaq ki, sülhməramlıların Qarabağ bölgəsini tezliklə tərk edə biləcəyi barədə ilk məlumatı Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin iki gün əvvəl söyləmişdi. O, Azərbaycanın suveren ərazisi olan Qarabağda yaşayan etnik ermənilərin bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlılarının həmin zonada qalması zərurətinin azaldığını söyləmişdi: “Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi sülhməramlıların geri çəkilməsi ilə bağlı məsələni ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt, hərbçilərimizin Rusiyadan kənarda ölkəyə vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri daha da azalıb”.

17.04.2024 10:00:00
Oxuma sayı: 1147