Revanşistlər 4 kəndin qaytarılmasına qarşı plan hazırlayır
Ölçü:


Qazaxın işğal altında saxlanılan kəndlərindən 4-nü Azərbaycana qaytarmağa hazırlaşan Ermənistan hökumətinə müxalif qüvvələr bu prosesin reallaşmasının qarşısını almaq üçün yeni plan hazırlayıb. 

Koordinat.az xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan deyib. O bildirib ki, “yerli əhali” bu prosesə mane olmağa hazırlaşır: “Nikol Paşinyanın 4 kəndi Azərbaycana geri qaytarmaq niyyəti ilə bağlı açıqlamalarına görə Tavuş bölgəsində böyük narazılıq var. Tavuşda torpaqların birtərəfli qaydada verilməsinə qarşı böyük ictimai hərəkat formalaşır. Hazırda onun 5 günə yekunlaşacaq təşkilati işləri gedir. İndi bu barədə ətraflı yazmıram. Çünki hakimiyyət prosesin qarşısını ala bilər”.

Erməni jurnalist 4 kəndin qaytarılmasına qarşı çıxan revanşist qüvvələrin öz istəyinə çatması üçün lazım olan bütün addımları atmağa hazır olduğuna da işarə edib.
01.04.2024 10:00:00
Oxuma sayı: 573