Qarabağdan Ermənistana köçən 11 min erməni xaricə gedib
Ölçü:


Qarabağdan Ermənistana köçən 11 minə yaxın insan artıq başqa ölkəyə mühacirət edib.

Koordinat.az
xəbər verir ki, keçmiş separatçıların nümayəndəsi Geqam Stepanyan bildirib. Bununla belə, o, digər məlumatların da yayıldığını, qeyri-rəsmi rəqəmlərdə Ermənistandan mühacirət edən Qarabağ ermənilərinin 15 minə çatdığını qeyd edib.

"Əsas səbəb Ermənistanda insanların normal həyatını pozan sosial-məişət şəraitidir, ona görə də onlar Rusiyanın cənub bölgələrinə köçməyə üstünlük verirlər", - Stepanyan bildirib.

A.Stepanyanın səzlərinə görə, Qarabağdan köçüb Ermənistana gələn 10 min 800 nəfər iş tapa bilib.


29.03.2024 15:48:00
Oxuma sayı: 576