Makron Putini G-20 sammitində görmək istəyir
Ölçü:


Bütün iştirakçı ölkələr razılaşarsa, Rusiya Prezidenti Vladimir Putin noyabrda Braziliyada keçiriləcək G-20 sammitinə dəvət oluna bilər.

Koordinat.az
xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, 19 ölkənin razılığını almaq Braziliyanın həll edəcəyi problemdir.

Makron xatırladıb ki, Putini 2019-cu ilin avqustunda Fransada keçirilən G-7 sammitinə dəvət etmək fikrindən məhz “Yeddilik” qrupunda bu məsələdə konsensus olmadığına görə imtina edib, əvəzində Rusiya prezidenti ilə ayrıca görüş keçirib.

29.03.2024 15:12:00
Oxuma sayı: 548