Yaz yorğunluğu və ondan necə xilas olmalı...
Ölçü:


Martın gəlişi, havaların isinməsi insanlarda pozitiv əhval-ruhiyyə yaratsa da, yuxudan oyanmaqda çətinliklər yaranır. Fiziki olaraq müyyən yorğunluq da müşahidə edilir.

Koordinat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, yaz mövsümündə insanların özünü  gümrah hiss etməsi üçün  bəzi qaydalara əməl etmək lazımdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bununla bağlı deyib: “Qış boyu yorğunluq, qışdan çıxma və avitaminozun yaratdığı halsızlıq, bəzən depressiv meyllər də çox böyük rol oynayır. Onun qarşısnı almaq üçün  mütləq aktiv hərəkətlər etmək, idmanla məşğul olmaq, açıq havada vaxt keçirmək, gəzinti, geyimin rənglərini dəyişmək çox müsbət təsir göstərir.  Həyat tərzində dəyişikliyin edilməsi, səhər gəzintisi və yürüşlərinin  artırılması, gün ərzində bir fincan qəhvə içmək də faydalı əhəmiyyətə malikdir, çünki  daha çox enerji lazımdır. Vitamin tərkibli qidaların  səviyyəsi də artırılmalıır. Yaz fəsli dəri və avitaminoz baxımından , eləcə də saçların tökülməsi baxımından  aktual dövr olduuna görə vitaminlərin qəbulu çox vacibdir”.

Soyuq aylarda özünü xarici təhlükələrdən qorumaq üçün orqanizm daha çox hormon istehsal edir. Ona görə də qış bitəndə özümüzü yorğun hiss edirik. Yeganə Əsgərovanın fikrincə, yaz fəslində  diqqət daha çox yayınmağa başlayır: "Yuxunun artması ilə əlaqədar olaraq beyin yorğunluqları müşahidə olunur. Yaz fəlində ən çox nevroloji durumda psixiatrik əlamətlər də artmağa başlayır. Yaz insanların beynində çiçəklənmə,  dəyişiklik dövrüdür. İlin bu vaxtı daha çox aktivləşmə, istirahət  və müsbət enerjiyə tələbat duyurlar. Bütün bunlar hamısı özlüyündə beynin dincəlmə rejiminə bənzər bir effekt yaradır”.

"Bu yorğunluqdan qurtulmaq üçün istirahət edərək itən enerjini bərpa etmək lazımdır", - deyə psixoloq əlavə edib.
05.03.2024 12:09:33
Oxuma sayı: 7059