Fransanın müdafiə naziri Ermənistana gəlib
Ölçü:


Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti İrəvana rəsmi səfərə gəlib.

Koordinat.az
xəbər verir ki, səfər Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə həyata keçirilib.

Xatırladaq ki, Fransa dünən Ermənistana müdafiə silahlarının növbəti partiyasını göndərib. Budəfəki silah partiyasına gecəgörmə cihazları, GM200 radar stansiyaları daxildir. Tərəflər bu barədə 2023-cü ildə razılığa gəliblər. Bu il Fransa və Ermənistan silahlı qüvvələri arasında hərbi təlimlər də planlaşdırılır. Paris İrəvana müdafiə təyinatlı yeni hərbi texnikanın verilməsinə də razılıq verib.

Fevralın 21-də Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib ki, Paris İrəvanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik: "Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək. Biz Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olmasını istəyirik və bu mənada regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır".
23.02.2024 11:13:11
Oxuma sayı: 979