10 milyonluq Azərbaycanda cəmi 1,8 milyon nəfər işləyir - 897 min nəfəri özəl şirkətlərdə
Ölçü:


Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 minə çatıb.

Koordinat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 406,9 min vahid artıb. Bildirilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358,0 min artaraq 897,9 minə çatıb.
12.01.2024 12:43:00
Oxuma sayı: 3660