Azərbaycan ən çox nefti İtaliyaya satır
Ölçü:


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan neftinin ən çox ixrac edilidiyi ölkələrin adları açıqlanıb.

Koordinat.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.ki, 22 ölkəyə ümumilikdə 15,1 milyard dollar dəyərində 24,2 milyon ton neft satılıb. Ən çox neft isə İtaliyaya ixrac edlib. Bu ölkəyə satılan neftin həcmi 10,4 milyon ton, məbləği isə 6,6 milyard dollar olub. İsrailə isə 1,4 milyard dollarlıq 2,2 milyon ton neft satılıb.

Siyahıda 1,5 milyon tonla üçüncü yerdə Hindistan durur ki, bu ölkəyə satılan xam neftin məbləği 917,9 milyon manat təşkil edib.
22.12.2023 10:38:00
Oxuma sayı: 1365