Azad olunmuş ərazilərdə 160 min hektar potensial əkin sahəsi var
12 Dekabr 2023 - 13:30İşğaldan azad olunmuş ərazilərdə əkinin həyata keçirilməsi üçün torpaq islahatları yekun mərhələdədir.
Koordinat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov söyləyib. O bildirib ki, hazırda minalardan təmizlənmiş ərazilərdə qismən də olsa, əkin-səpin işləri həyata keçirilib: "Təəssüf ki, son bir neçə ildə dəmyə əkinləri öz müsbət nəticələrini vermir. Amma işğaldan azad olunmuş ərazilər məhsuldar torpaqlar olduğu üçün bu istiqamətdə müəyyən irəliləyişlər gözləyirk".
Nazir onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə potensial əkinə yararlı torpaq sahəsi 160 min hektara yaxındır.
12.12.2023 15:14:00
Oxuma sayı: 5828