Nazir Cəsarət Valehovu işdən azad etdi
Ölçü:


Elm və Təhsil Nazirliyinin Aparatında struktur dəyişikliyi edilib.

Koordinat.az xəbər verir ki, dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr sektoru ləğv edilib. Əvəzində İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb.

Ləğv olunan İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərinin siyahısında yer almayıb. Yeni yaradılan İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə Səbuhi Rzayev müdir təyin olunub.

S.Rzayev bu təyinatadək nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini tuturdu. 1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

Elm və Təhsil Nazirliyinə gələnədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışıb.

Sabiq mətbuat katibi Cəsarət Valehov yaxın günlərdə yeni iş fəaliyyətilə bağlı məlumat verəcəyini bildirib.
08.12.2023 17:39:00
Oxuma sayı: 5730