Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaq üçün güzəşt və imtiyazlar - SİYAHI
Ölçü:


İşğaldan azad edilmiş ərazilərə qayıdış böyük iqtisadi potensiala malik Qarabağ və Şərqi Zəngəzura investisiya axını, yüksək gəlirli xidmət və istehsal müəssisələrinin qurulması, yeni iş yerlərinin yaradılmasını stumullaşdırmaq məqəsdilə bir sıra güzəşt və imtiyazlar tətbiq olunur. Bunların arasında  7 növ vergi və 3 növ gömrük rusumundan azadolunma da var.

Bu barədə İqtisadiyyat Nazirliyindən Koordinat.az-a verilən məlumatda bildirilir. Qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması prioritetdir. Bu məqsədilə prezidentin 2021-ci il 10 dekabr tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı təsdiq edilib. Sərəmcamın icrası ilə bağlı işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün vergi, gömrük, sosial sığorta, kommunal xidmətlər daxil olmaqla bir çox sahələri əhatə edən güzəşt və azadolmalar, habelə həmin ərazilərdə investisiyaların təşviq edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər təsdiq edilib. Bununla bağlı müvafiq normativ hüquqi aktlara edilən dəyişikliklərə görə, işğaldan azad edilmiş ərazilərin rezidentləri 10 il müddətinə 7 növ vergi və 3 növ gömrük rusumundan azaddır. Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən biznes qurumları üçün nəzərdə tutulan əsas vergi güzəştləri aşağıdakılardır:
- mənfəət (gəlir) vergisi
- əmlak vergisi
- torpaq vergisi
- sadələşdirilmiş və satışdankənar gəlirlər
- dividend gəlirləri.

Bundan başqa, müvafiq iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir.
 
Həmçinin işğaldan azad edilən ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara daha bir neçə güzəşt və imtiyazlardan istifadə edə biləcək. Belə ki, həmin sahibkarlar hər ay istehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı alacaq. Eyni zamanda həmin biznes subyektləri üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti həyata keçirən sahibkarlar üçün kreditlərə əlçatanlıq da asanlaşdırılır. Belə ki, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgəsində biznes fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin 90 fazi dövlət zəmanəti ilə təmin olunur, difər 10 faiz isə 10 subsidiyalaşdırılır.

Yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində islahatların davamı olaraq Ağdam rayonunda 190 hektar sahədə zəruri infrastrukturla təmin edilmiş Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır. Qeyd olunan sənaye parklarında fəaliyyət göstərən rezidentlər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunur.

İqtisadiyyat Nazirliyi bəyan edir ki, yuxarıda sadalanan güzəşt, imtiyaz və azadolmalar fərdi sahibkarlara da şamil edilir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər yuxarıda qeyd olunan güzəşt və azadolmalardan faydalanmaq hüququna malikdir. 


20.11.2023 14:49:00
Oxuma sayı: 3594