"Günəşi birgə salamlayaq" layihəsi başladı
Ölçü:


Bu gün Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi"nin məktəb kateqoriyası çərçivəsində qalib gəlmiş "Günəşi birgə salamlayaq" layihəsinin təqdimatı keçirilib.

Koordinat.az xəbər verir ki, təqdimatda məktəbin direktoru, layihə rəhbəri Gültəkin Rüstəmova, təlimçi Bəkir Yusifov, "Kiçik Akademiya"nın prezidenti Cabbar Yolçiyev, məktəbdənkənar işlər üzrə təşkilatçı Xuraman Fərəcova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri, məktəb psixoloqları və şagirdlər iştirak edib.

Tədbiri çıxış sözü ilə açan G.Rüstəmova layihənin məqsəd və vəzifələri barədə geniş məlumat verib. Bildirib ki, layihə çərçivəsində məktəbdə Debat klub yaradılacaq. Kluba üzv olan şagirdlərdə özünü təqdim etmək, hər hansı fikri əsaslandırmaq kimi bacarıqlar formalaşacaq.

Sonda təlimçi B.Yusifov layihə çərçivəsində görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
31.10.2023 18:04:00
Oxuma sayı: 6667