Sabahdan “WhatsApp” bəzi smartfonlarda işləməyəcək
Ölçü:


“WhatsApp” oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.

Koordinat.az
-ın məlumatına görə, “WhatsApp” “Google” mobil əməliyyat sisteminin “Android 5.0” və daha köhnə versiyalarında mövcud olmayacaq. “Google Nexus 7”, “Sony Xperia Z”, “LG Optimus G Pro" və “HTC One” kimi bir vaxtların məşhur telefonları artıq “WhatsAp”ı dəstəkləməyəcək. Bundan əlavə, “Samsung”un “Galaxy Note 3” və “Galaxy S4” modelləri də “WhatsApp” dəstəyini itirəcək.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.
23.10.2023 14:13:00
Oxuma sayı: 4012