Azərbaycan xaricdən 448,9 milyon dollarlıq dərman alıb
Ölçü:


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 448 milyon 887,44 min ABŞ dolları dəyərində 21 752,59 ton əczaçılıq məhsulları idxal edib.

Koordinat.az
xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 25 milyon 987,5 min dollar  5.5% az, miqdar baxımından 1 057,27 ton (5,1%) çoxdur.

Keçən ilin eyni dövründə 474 milyon 874,49 min dollar dəyərində 20 695,32 ton əzcaçılıq məhsulları idxal olunub.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3.56%-ni təşkil edib. Keçən ilin eyni dövründə bu göstərici 4,61% təşkil edib.

18.10.2023 16:10:00
Oxuma sayı: 4341