Putinin mətbuat katibi: “Biz hamını Azərbaycan ərazisinin Ermənistan tərəfindən tanınması faktını nəzərə almağa çağırırıq”

“Biz hamını yeni reallıqları, yəni 1991-ci ildən Azərbaycan ərazisinin Ermənistan tərəfindən tanınması faktını nəzərə alaraq əməl etməyə çağırırıq”.
Koordinat.az “Kommersant”a istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Peskov bildirib. Onun sözlərinə görə, Moskva Qarabağda hərbi əməliyyatların başlanmasından narahatdır. Onun sözlərinə görə, hazırda əsas məsələ regionda insanların təhlükəsizliyini təmin etməkdir: “Biz həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə əlaqə saxlayırıq. Hərbçilərimiz nizamlanma prosesinin siyasi və diplomatik kanala qaytarılması üzərində işləyir”.

Rusiya prezidentin mətbuat katibi bildirib ki, Moskva 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sənədləri nizamlanma üçün ən yaxşı əsas hesab edir. “Biz hamını bu sənədlərin müddəalarına, təbii ki, yeni reallıqları, yəni 1991-ci ildən Azərbaycan ərazisinin Ermənistan tərəfindən tanınması faktını nəzərə alaraq əməl etməyə çağırırıq”.
19.09.2023 18:14:00
Oxuma sayı: 239