Bakıdan Qarabağda yaşayan erməni lərə daha bir çağırış
Ölçü:


“Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində qeyri-qanuni silahlı dəstələrin üzvlərinin silahsızlaşdırılması üzrə tədbirlər həyata keçirdir. Bu tədbirlərdə məqsəd rejimin 30 illik qarətinə son qoymaq, həmçinin orada yaşayan insanlara, azadlıq, sülh və ədalət gətirməkdir”.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə daha bir çağırışda bildirilirb.

“Əmin olun ki, həyatınız Azərbaycan üçün dəyərlidir”, - deyə çağırışda əlavə olunub və buna görə tədbirlərin həyata keçirildiyi müddətdə hərbi hissələrdən, hərbi texnika obyektlərindən və qeyri-qanuni rejimin fəaliyyətinin həyata keçirildiyi inzibati binalardan uzaq durmaq istənilib.
19.09.2023 16:32:00
Oxuma sayı: 1565