Qara üzümün möcüzəvi faydası tapıldı
Ölçü:


Qara, tünd rəng üzüm ağ üzümə nisbətən daha çox antioksidantlarla zəngindir.

Koordinat.az xəbər verir ki, həkim Yelena Solomatina qara üzümün tərkibində olan polifenollar qocalmanın qarşısını alır, ürəyi gəncləşdirir.

“Üzüm özü ürək-damar, sinir sistemini qoruyur, turşu-qələvi mühitini yaxşılaşdırır, oksidləşmə prosesinin qarşısını alır. Əlavə olaraq, üzümdə çox miqdarda kaliy var ki, o da bədəndən artıq mayeni çıxarır, təzyiqi salır. Maqniy isə bağırsaq və sinir sistemini gücləndirir. Diabet, insulin dirənçi xəstəliyi olanlar üzümü çox az yeməlidir, çünki qanda şəkəri kəskin qaldırır”.

07.09.2023 10:00:00
Oxuma sayı: 391