Uşaqlara onlar üçün faydalı olan oyuncaq almaq lazımdır
Ölçü:


Uşaqlara alınan oyuncaqlar onların əqli inkişafıma xidmət etməlidir. Bu məqamı çoxları bilsə də, ona riayət edənlər o qədər də çox deyil. Gənc valideynlər körpənin istifadə edib-etməyəcəyini düşünmədən ona oyuncaq alır və ya aldıqları oyuncaq uşağın yaşına uyğun olmur.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, bəzən gərəksiz oyuncaqlardan istifadə uşaqların diqqət pozuntusuna da aparıb çıxara bilir: "Valideynlərin uşaqlara aldıqları oyuncaqlar nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Öz uşaqlığını natamam yaşayan valideynlər övladlarına bir deyil, iki deyil, beş-altı və daha çox oyuncaqlar alıb sanki özlərinin görmədiyi və yaşamadıqlarını ona yaşatmaq istəyirlər. Bununla valideyn həm pulu israf edir,  həm də həmin uşaq böyüyəndə nəyin vacib, nəyin lazımsız olduğunn fərqinə vara bilməyən övlad yetişdirir”.

Mütəxəssislərin araşdırmlarına görə, bəzi oyuncaqlar artıq xərc olmaqla yanaşı, həm də uşaqlar üçün təhlükəlidir.

 “Müəyyən pazılar, qurucu oyunlar və konstruktorlarla əylənmək uşağın məntiqi təfəkkürünü inkişaf etdirir, yaddaşı formalaşdırır, diqqət və nitqin inkişafında əhəmiyyətli rol oynayır. Təəssüf ki, bəzi valideynlər oyuncaq almağa psixi tərəfdən deyil, tamam fərqli tərəfdən yanaşırlar.  “Kiminsə uşağında filan oyuncaq varsa. qoy məınim də uşağımda olsun” prinsipi yanlış yanaşmadır”,- deyə psixoloq bildirib.

Uşağa oyuncaq alanda onun neçə günə qırılacağı yox,  nə qədər faydalı olacağı da nəzərə alınmalıdır.
06.09.2023 11:27:00
Oxuma sayı: 381