Artıq ödənilmiş vergilərin qaytarılması şərtləri dəyişdi
Ölçü:


Azərbaycanda artıq ödənilmiş vergilərin qaytarılması şərtlərinə dəyişiklik edilib.

Koordinat.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş ödəmələri vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il müddətində tələb edə bilər. Bununla bağlı Baş nazir Əli Əsədov “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarına dəyişikliklərin edilməsi ilə bağlı yeni qərar imzalayıb.

Daha əvvəl vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malik idi.
01.09.2023 11:29:00
Oxuma sayı: 469