Paris merinin "humanitar yükü" Xankəndiyə buraxılmayıb - FOTO
Fransanın təxribatı gözlənildiyi kimi baş tutmayıb. Azərbaycan Fransadan göndərilən "humanitar yükü" Qarabağa buraxmayıb.
Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Yayılan fotolardan da görünür ki, Fransadan göndərilən 10 ədəd avtomobil iyulun 26-da sərhəddə gözləyən “Spayka” avtomobillərinin sırasına düzülüb.
Bu gün isə Paris şəhərinin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan "humanitar yüklə" dolu 10 maşın Laçın sərhədinə gəlib. Azərbaycanın razılığı olmadan atlan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi. Çünki ermənipərəst merlərin bu əməllərinin təxribatdan başqa bir şey olmadığı hər kəsə məlumdur.
30.08.2023 15:00:00
Oxuma sayı: 470