Banklardakı depozitlərin həcmi iki dəfə azalıb

Koordinat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir: “Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr, mövsümi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir. Bu baxımdan, əmanət portfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.
Bu kontekstdən daha məqsədəuyğun olardı ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunsun. Təklif edirik ki, qorunan əmanətlər, eyni zamanda, vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar”.
Parlamentari bildirib ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsilə real sektora yönəldilməsi üçün diferensial vergi güzəştinin tətbiqinə ehtiyac var. Onun sözlərinə görə, bu, həmçinin, evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar.
29.08.2023 15:48:00
Oxuma sayı: 491