Magistraturanın boş qalan yerlərinə qəbulun nəticələri açıqlandı
Ölçü:


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilir ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2900 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 1055 nəfər (o cümlədən 150 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Qəbul olunan şəxslər 2023-cü il 28 avqust 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

23.08.2023 15:13:00
Oxuma sayı: 7609