Azərbaycanda dərman qıtlığı var
Ölçü:


“Bir neçə əsas şirkətin rəhbərləri ilə görüşmüşəm. Bildirilir ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox qəliz iş olub”.

 Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vahid Əhmədov bildirib: “Aylarla gözləyirlər və axırda da qərar verilir ki, satmaq olmaz. Niyə müddət bu qədər uzundur? Dərman qıtlığı nədən yaranıb? Ölkə apteklərində çox ciddi dərman qıtlığı var. Dərmanın keyfiyyəti də ciddi məsələdir. Dərman alırsan heç bir təsir göstəmir. Alman apteklərindən alınan dərmanlar isə keyfiyyətli olur, niyə? Qiymətlərin baha olması ilə əlaqədar neçə vaxtdır deyilir ki, layihə hazırlanır. Təqdim edin, görək, o nə layihədir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, bununla bağlı ciddi problem var: “Dərmanın keyfiyyət və qiymətləri ilə bağlı doğurdan da ciddi problemlər var. Bunun səbəbi ölkədə dərman istehsalının olmamasıdır. Dərmanların əksəriyyəti xaricdən gətirilir, bu da ciddi problemlər yaradır”.
06.07.2023 12:35:00
Oxuma sayı: 5367