MTN qurbanları Eldar Mahmudovun villasına gediblərFOTO
Ölçü:


MTN əməkdaşlarının özbaşınalığının qurbanı olanların bir qrupu sabiq nazir Eldar Mahmudovun Badamdardakı villasının qarşısına gələrək öz qohumlarının azad olunmasını tələb ediblər.

Koordinat.az xəbər verir ki, bu barədə Virtualaz.org-a aksiyanın iştirakçıları Sevda Süleymanova və Elmdar İsmayılov bildiriblər.

Qeyd edək ki, Sevda Süleymanova öz əri Qüvvət Süleymanovun qanunsuz həbsindən,  Elmdar İsmayılov isə öz atası ilə birlikdə MTN əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsindən şikayət edir.

Bağın gözətçiləri aksiya iştirakçılarına bildiriblər ki, Eldar Mahmudov artıq uzun müddətdir Badamdarda gözə dəymir. Bundan sonra zərərçəkənlər ərazidəki zeytun ağaclarının məhsulunu yığıblar ki, onu Eldar Mahmudovdan hədiyyə kimi öz həbs edilmiş qohumlarına aparsınlar. Daha sonra isə onlar tələblərini irəli sürdükləri məktubu orada qoyaraq ərazini tərk ediblər.

Xatırladaq ki, bundan əvvəl Sevda Süleymanova və Elmdar İsmayılov Eldar Mahmudovu prokurorluğun binası qarşısında pusmuş və oradan çıxarkən onu  öz qohumlarının qanunsuz həbsində ittiham edərək keçmiş nazirə tərəf tüpürmüşdülər.
16.11.2017 22:34:00
Oxuma sayı: 1592