Güclü zəlzələ 3 ölkədə həyəcan yaratdı
Ölçü:


İranın Qərbi Azərbaycan ostanında zəlzələ qeydə alınıb.

Koordinat.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, ostanın Xoy şəhərində baş verən yeraltı təkan Rixter şkalası ilə 5.3 ballıq maqnituda ilə qiymətləndirilib.

Zəlzələ Türkiyənin Van vilayətində və Azərbaycanın Naxçıvan MR ərazilərində də hiss olunub.

Ocağı yerin 15.3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
16.03.2023 16:09:00
Oxuma sayı: 1057