Qida Təhlükəsizliyi Agentliyindən həkimlərə xəbərdarlıq
Ölçü:

“Bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil və xəstəliklərin müalicəsində istifadə edilə bilməz. Həmin məhsullar sadəcə qida rasionunu zənginləşdirir”.

Koordinat.az
xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Qeyd olunub ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının ölkə ərazisində dövriyyəsi isə qadağandır.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə görə yanvarın 1-dən həmin məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur. Agentlik tərəfindən bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarət gücləndirilib və tibbi reseptlərdə həmin məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.

27.02.2023 12:15:00
Oxuma sayı: 5878