Ərzaq məhsulları 117 faizdən çox bahalaşıb
Ölçü:


2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 113,6 faiz təşkil edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında hesabatında qeyd olunub. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7 faiz təşkil edib. 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz təşkil edib.  


13.02.2023 09:50:00
Oxuma sayı: 5940