Putin Ukraynaya tank göndərmək istəyən ölkələri hədələdi
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya tank tədarük etməsinə münasibət bildirib.

Koordinat.az
xəbər verir ki, bu barədə Putin Stalinqrad döyüşündə qələbənin ildönümü şərəfinə təşkil olunan konsertdə çıxışı zamanı danışıb.O, 80 il əvvəl baş vermiş hadisələrlə paralellər aparıb, Rusiyanın yenidən alman tankları tərəfindən təhdid edildiyini deyib.

"Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnika təhlükəsi yaranarsa, Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”, - deyə Putin qeyd edib.
02.02.2023 18:39:00
Oxuma sayı: 1176