ABŞ prezidenti Zelenski ilə görüşmək üçün Polşaya gəlir
Ölçü:


ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Volodimir Zelenski Polşada görüşəcəklər.

Koordinat.az
xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumatlar yayılıb. Bildirilib ki, görüşdə Polşa prezidenti Anjey Duda da iştirak edəcək. Məlumata görə, Zelenski Baydenə sülh planını təqdim edəcək və Ukraynada sülhlə bağlı beynəlxalq konfransın keçirilməsinə hazırlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Bayden Zelenski ilə yaxın vaxtlarda görüşəcəyini açıqlasa da, dəqiq tarix barədə heç nə deməyib.
01.02.2023 12:14:00
Oxuma sayı: 1065