Nazirlikdən məktəblilər arasında virusun daha geniş yayılmasına reaksiya
Ölçü:

Məktəblərdə qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan influenza narahatlıq doğurur. Bu virusun uşaqlar arasında daha geniş yayıldığı müşahidə olunur. Belə olan halda məktəblilər arasında virusun daha geniş yayılmaq riski də artır.

Koordinat.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov baku.ws-ə açıqlamasında bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun müalicəsi ev şəraitində aparılmalıdır: “Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu, başadüşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Xəstə şagirdin məktəbə getməsinə ehtiyac yoxdur. Bu məsələdə valideynlərə tövsiyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər şagird xəstə halda məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununla əlaqədar məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcuddur”.
31.01.2023 10:45:00
Oxuma sayı: 6145