12 ölkə Ukraynaya 100 tank verəcək

Koordinat.az xəbər verir ki, bu barədə ABC telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb. Polşa, Finlandiya, İspaniya, Niderland və Danimarka Ukrayna Silahlı Qüvvələrinə silah təhvil verməyə razılaşan ölkələr sırasındadır. Lakin ölkələr tankları tədarük etmək üçün Almaniyanın icazəsini almalıdır.
Bildirlir ki, Böyük Britaniyanın Ukraynaya 14 “Challenger 2” tankının təhvil verilməsini elan etməsi Almaniyanın "Leopard 2"nin tədarükünə icazə verməsi üçün “simvolik jest”dir.
Bayden administrasiyası isə Ukraynaya "M1 Abrams" tankları göndərməyi düşünür. Bildirilir ki, Ağ Ev bununla Almaniyanı Ukraynaya "Leopard 2" tankları göndərməyə razı salmağa ümid edir. Məlumata görə, ABŞ Kiyevə cəmi 10 tank göndərməyi planlaşdırır.
24.01.2023 18:12:00
Oxuma sayı: 119