Koronavirusa yoluxma azaldı
Ölçü:


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Koordinat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, hazırda 275 aktiv xəstə var. Bu günə qədər 10 075 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2908, ümumilikdə isə 7 475 435 test icra olunub.

 


24.01.2023 15:48:00
Oxuma sayı: 116