Magistraturaya daxil olmaq istəyənlər üçün sınaq

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən xəbərə görə, sınaq imtahanı 2023-cü il yanvarın 29-da keçiriləcək.
“İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Qeyd edək ki, sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək. Ancaq nəzərə almaq lazımdır ki, 19 fevral 2023-cü ildə keçiriləcək qəbul imtahanında sual kitabçaları sonda nəzarətçilərə təhvil verilməlidir.
23.01.2023 11:37:00
Oxuma sayı: 145