Daha 46 nəfər koronavirusa yoluxdu
Ölçü:


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Koordinat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, hazırda 427 aktiv xəstə var. Bu günə qədər 10 064 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2114,  ümumilikdə isə 7 466 384 test icra olunub.
19.01.2023 15:29:00
Oxuma sayı: 231